news Image
2012.08.14
12:19
| A A A
Suriya döyüş təyyarəsinin eniş anı internetdə - FOTO - VİDEO

Movqe.az xəbər verir ki, Suriyalı müxaliflər dünən ölkənin İraqla sərhəd bölgəsindəki Deyr-əz-Zor yaxınlığında düşən hərbi təyyarəni özlərinin vurduğunu iddia edib. İnternetə yüklənən son amator kamera qeydlərində sözügedən təyyarənin düşmə anından dərhal əvvəl alov topuna döndüyü görülür.

Digər tərəfdən, Azad Suriya Ordusu rejimə qarşı döyüşən silahlı qrup düşən təyyarənin pilotu olduğunu dedikləri orta yaşlı adamı sorğulayarkən çəkilən görüntüləri yayıb. Görüntülərdə özünü pilot Polkovnik Fareed Məhəmməd Süleyman kimi tanıdan şəxs vəzifəsinin Muhassan qəsəbəsini bombalamaq olduğunu söyləyib. Suriya rəsmi televiziyası döyüş təyyarəsinin mexaniki qəza səbəbindən düşdüyünü, təyyarədən tullanan pilotun axtarıldığını eşitdirib.

Buarada Hələbdə həftələrdir qarşıdurmalar davam edərkən Humus şəhərində Suriya ordusuna aid tankları ələ keçirdiyi bildirilən müxaliflərin qarşı hücuma hazırlandığı bildirilir.