Əlaqə Arxiv
news Image
2012.08.14
12:30
| A A A
346 nəfər magistraturada təhsil almaq hüququ qazanıb
“Magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb”.

Bunu Lent.az-a açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.  E.Nağızadənin sözlərinə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 13-də saat 18:00-da TQDK-nın internet saytında yerləşdirilib: "Ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 15-dən 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər". Mətbuat katibi bildirib ki, həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, qəbul olan bakalavrların siyahısı "Magistr" jurnalının 7-ci sayında dərc olunacaq.

Sizin Reklam Yeriniz