Əlaqə Arxiv
news Image
2012.08.14
16:44
| A A A
Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə avqustun 25-də baza fənləri üzrə və avqustun 26-da isə ixtisas fənlərindən sınaq imtahanları keçirəcək. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. 

İmtahanda iştirak etmək istəyən namizədlər avqustun 13-dən etibarən internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün istifadə olunan virtual ödəmə kartını TQDK-nın internet saytından, Azercell və Nar Mobile abunəçiləri 7735 xidmətindən əldə edə bilərlər. Sınaq imtahanları Bakı şəhərində keçiriləcək. Sınaq imtahanına gələrkən namizədlər özləri ilə şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi gətirməlidirlər. Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır. Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaqdır. İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Sizin Reklam Yeriniz