Əlaqə Arxiv
news Image
2015.04.01
13:10
| A A A
İcra hakimiyyətlərində daha bir struktur islahatı

İcra hakimiyyətlərinin aqrar şöbələrinin  fəaliyyəti dayandırılıb. Mövqe.az  Lent.az-a istinadən xəbər verir ki, Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. Aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır. İcra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdi. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz icra hakimiyyətləri faktı təsdiq edib.


Sizin Reklam Yeriniz