news Image
2015.04.01
14:02
| A A A
Yaponiyada "Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlanıb

Yaponiyanın "Denka Seiken" şirkəti və Hokkaydo Universitetinin alimləri tərəfindən hazırlanmış yeni preparat "Ebola" virusunu 15 dəqiqəyə aşkarlayır. Movqe.az-ın "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bu preparat şirkətin qriplə bağlı başqa bir məhsulunun əsasında hazırlanıb. Preparatda olan diaqnostik qurğu ovcun içinə yerləşir, asanlıqla daşına bilir və elektrik enerjisi tələb etmir.Hokkaydo Universitetinin Zoonoz İnfeksiyaların Tədqiqatı Mərkəzinin alimləri "Ebola" virusuna yoluxmuş meymunların qan zərdabı üzərində sözügedən preparatı uğurla sınaqdan keçiriblər. Yaxın günlərdə həmin preparat insan qanının zərdabı üzərində də yoxlanılacaq. Alimlər hesab edir ki, xəstəliyin tez aşkarlanması virusun yayılmasının qarşısını ala bilər. Professor Ayato Takadu "Kiodo" agentliyinə bildirib ki, yeni preparatın geniş tətbiqinə mümkün qədər tez başlamaq üçün araşdırmalar davam etdirilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs