news Image
2015.04.01
15:54
| A A A
Respublika Uşaq Klinik Xəstəxanasında araşdırma aparıldı

 Səhiyyə Nazirliyinin "Tibb" qəzeti tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasında araşdırma aparılıb.Nazirlikdən Movqe.az-a verilən məlumata görə, xəstəxanadakı mövcud vəziyyətlə bağlı aparılan araşdırma zamanı xəstəxanada bəzi nöqsanlar aşkarlanıb.Araşdırma zamanı məlum olub lo, xəstəxananın dərman ehtiyatını akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərən mərkəzləşmiş aptek təmin edir. Oradan alınan dərmanlar - ayrıca daxili aptek olmadığı üçün - baş tibb bacısının otağında saxlanılır.Həmin xəstəxanada dərmanlara baxış zamanı ciddi bir nöqsana da rast gəlinib. Belə ki, 2 qutu (20 tablet) "Enalapril" preparatının istifadə müddəti bitib. Araşdırma zamanı o da məlum olub ki, bəzi yerlərdə istifadə müddəti bitmiş preparatlar var. I Pediatriya şöbəsində vaxtı keçmiş 3 ampul "Adrenalin - Zdorovye", II Pediatriya şöbəsində də isə 11 ampul "Sulfokamfokain- Darniya" aşkarlanıb."Qəbul jurnalı"na baxarkən bir nöqsana da rast gəlinib. Belə ki, xəstələrin evə buraxılması haqqında heç bir qeyd aparılmayıb. Həmin gün bu tibb ocağındaümumilikdə 81 nəfər xəstə olsa da, jurnalda onların sayı yüzlərlə idi.Xəstəxanadan bildirilib ki, artıq xəstələrin qeydiyyatı elektron variantda aparılır və bu jurnal faktiki lazım deyil.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs