Əlaqə Arxiv
news Image
2015.04.01
17:27
| A A A
MTN-nin istintaq təcridxanasında monitorinq keçirilib

 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.

Movqe.az    APA-ya istinadən xəbər verir ki, E. Behbudov bildirib ki, monitorinqi keçirməkdə məqsəd orada saxlanılan şəxslərə qarşı münasibət, onların saxlanma şəraiti ilə maraqlanmaq olub:

"Orada saxlanılan Vidadi İsayevlə görüşdük. O, Ukrayna vətəndaşıdır. Barəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan zaman üzərindən beş kilo narkotik vasitə tapılıb. Özünü təqsirli bilir. Vəkillə təmin edilib. Daha sonra orada saxlanılan Validə Cəbrayılova ilə görüşdük. Validə Cəbrayılova qanunsuz dini ədəbiyyatları yaymaqda təqsirli bilinir. "Yəhova şahidləri" dini icmasının üzvüdür. Hər hansı şikayəti yoxdur".

Sizin Reklam Yeriniz