news Image
2015.04.01
16:40
| A A A
Bakıda qətl törədən boksçuya hökm oxundu

 Bu gün Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilininən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Movqe.az-ın məlumatına görə, hakim Əlövsət Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyulun 12-də Biləcəri qəsəbəsində peşəkar boksçular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov və onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. Bıçaq Fəridin arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.Qardaşları bıçaqlayan S.Həsənov da peşəkar boksçudur. Dövlət orqanlarından birində mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub. Şəhriyar isə pnevmatik tapança çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samirin bədəninin müxtəlif yerlərinə dəyib.Onu da əlavə edək ki, hər üç şəxs bir idman zalında məşq edirmişlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs