news Image
2015.04.01
16:46
| A A A
940659 uşağa elektron sağlamlıq kartı verilib

İndiyədək 940659 uşağa elektron sağlamlıq kartı verilib. Yenidoğulmuşların elektron sağlamlıq kartı ilə təminatı davam etdirilir".
Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib. C. Əsədzadə "sağlamlıq kartı"nda uşağın sağlamlığı barədə bütün tibbi məlumatların yer aldığını söylədi: " Dövlət proqramında "sağlamlıq kartı" elektron səhiyyəyə keçid mərhələlərindən biridir. "Sağlamlıq kartı" sisteminin tətbiqi uşaqların sağlamlığına nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə sağlamlıqları barədə məlumat bankının yaradılmasını təmin edir. Bu kartda olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, qan qrupu, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Əvvəl xəstə uşaq tibb müəssisəsinə daxil olarkən onun hansı müayinələrdən keçdiyini, sağlamlığı barədə məlumatları kağızlardan axtarmaq uzun vaxt çəkirdi. Amma indi kartı xəstəxanaların qeydiyyat şöbələrində, laborotoriyalarda kompyuterlərə qoşulmuş xüsusi qurğular   vasitəsilə oxuyaraq vaxt itirmədən xəstənin müalicəsinə başlamaq olar". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs