Əlaqə Arxiv
news Image
2015.04.01
17:45
| A A A
Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

 "Akademi Group" Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda və Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək.Movqe.az-ın xəbərinə görə, 4-5 aprel tarixlərində Bakıdakı "Hilton" otelində Türkiyənin 30-a yaxın universitetinin iştirakı ilə növbəti təhsil sərgisi təşkil olunacaq. Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Sərgidə İstanbul Universiteti , Atatürk Universiteti, Bahçeşehir Universiteti, İstanbul Aydın universiteti, Bilkent Universiteti və başqaları iştirak edəcək. Həmçinin bu universitetlərin pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulub.7 apreldə isə sərgi işini Gəncədə davam etdirəcək. Gəncədə keçiriləcək sərgidə digər xarici ölkə universitetləri də iştirak edəcək. Sərgilərdə Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulub. Sərgiyə giriş ödənişsizdir.

Sizin Reklam Yeriniz