Əlaqə Arxiv
news Image
2015.04.01
18:55
| A A A
Uşaq poliklinikalarında ambulator “kartoçka”lar elektronlaşdırılacaq

 Azərbaycanda uşaq poliklinikalarında ambulator "kartoçka"ların elektronlaşdırılması ilə bağlı işlərə başlanılıb. Bu barədə Movqe.az  Aile.lent.az-a  istinadən xəbər verir.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadənin  özlərinə görə, artıq bununla bağlı Bakıda pilot layihə də həyata keçirilib və bir polikilinika tam elektronlaşdırılıb. 

C. Əsədzadə hazırda poliklinikaların tam olaraq kompüterləşdirilmədiyini, bu səbəbdən də uşaqlar üçün sahə poliklinikalarında açılan ambulator "kartoçka"lardakı məlumatın elektron sistemə daşınmasının mümkün olmadığını söyləyib: "Bu sistem artıq hazırdır. Sadəcə olaraq bütün poliklinikalarda tətbiqinə tam start verilməsi üçün həmin tibb müəssisələrində lazımi sayda kompüter olmalıdır ki, vahid sistemə birləşdirilsin. Bunun üçün də müvafiq təkliflər verilib. Poliklinikalarda kompüterləşmə başa çatdıqdan sonra ambulator "kartoçka"lardakı məlumatları kağız formada saxlamaq lazım olmayacaq. Ambulator "kartoçka"lardakı bütün məlumatlar elektron sistemin yaddaşına qeyd ediləcək".

Qeyd edək ki, hazırda valideynləri narahat edən məsələlərdən bir də ərazi poliklinikalarına uşağın peyvənd olunması ilə bağlı müraciət etdikdə uşağın adına açılmış "kartoçka"nın axtarılması üçün müəyyən müddət gözləməsidir. Uşağa anadan olan tarixdən vurulan peyvəndlər barədə məlumatlar həmin "kartoçka"da olduğundan, valideynlər qəbul şöbəsindən uşaqlarının adına açılan "kartoçka"nı aldıqdan sonra sahə həkiminə yaxınlaşa bilərlər. Bu isə müəyyən vaxt almaqla yanaşı, həmin "kartoçka"ların dəyişik düşməsi, bəzən itməsi ilə də nəticələnir.

Sizin Reklam Yeriniz