news Image
2015.04.01
17:10
| A A A
Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycanda səfərdə olacaqlar

 Aprelin 2-dən 5-dək Mətbuat Şurasının dəvəti ilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycanda səfərdə olacaqlar. Mətbuat Şurasından Movqe.az-a verilən məlumata görə, "Sabah", "Posta", "Hürriyet" qəzetlərinin, "Fox", NTV, ATV, "Kanal A", "CNN türk" və digər telekanalların, "Anadolu" Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Əli Dim başçılıq edəcək.

Səfərdəməqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək, I Avropa Oyunları ilə bağlı həyata keçirilən işlərin geniş şəkildə işıqlandırılmasını təmin etmək, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqlarPrezident Administrasiyasında,Milli Məclisdə,Heydər Əliyev Mərkəzində,Dağlıq QarabağBölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Mətbuat Şurasında görüşlər keçirəcək, paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs