Əlaqə Arxiv
news Image
2012.08.16
17:00
| A A A
Həyat yoldaşının evləndiyini “Facebook”dan öyrəndi

Movqe.Az xəbər verir ki, həyat yoldaşının "Facebook" səhifəsinə girən Liza Kurran gördükləri qarşısında həyatı alt-üst oldu.

İngiltərədə yaşayan Liza Kurran "Facebook"da 25 ildir evli olduğu həyat yoldaşının bir başqasıyla evlənərkən çəkilən fotoşəkiliylə qarşılaşıb. Ərinin açıqlamalarına inanmayan qadın çox keçmədən gerçəyi öyrənir.

İngiltərənin Merseyside qraflığında yaşayan Liza Kurran "Facebook"da 25 ildir evli olduğu həyat yoldaşı Martin Kurranın başqa bir qadınla evlənərkən çəkilən fotoşəkilini görüb. Qısa bir müddətdə öyrəndiyi gerçəklə Kurranın həyatı alt-üst olub.

Fotoşəkili soruşduğunda həyat yoldaşı Kurrana köhnə sevgililərindən birinin onu bezdirdiyini və saxta bir fotoşəkil yaradaraq "Facebook"da paylaşdığını söyləyib.

İki uşağının atasını izləməsi üçün bir dedektivle razılaşan Kurran həyat yoldaşının 6 ildir başqa bir qadınla yaşadığını öyrəndi. Keçmiş polis məmuru 52 yaşlı Martın Kurran 31 yaşındakı Andrea Viteside ilə 6 il əvvəl saxta ailə qurublar.

O gündən bəri iki fərqli həyat yaşayan ərinin simasını ortaya çıxaran Kurran həyat yoldaşını məhkəməyə verib. "Eyni anda iki adamla evli olma" təqsiri ilə mühakimə olunan Martın Kurran məhkəmə tərəfindən günahsız elan edilib.

Bu vəziyyətə üsyan edən Kurran İngilistərənin "Daily Mail" qəzetinə danışaraq həyat yoldaşının həbsə girməsi lazım olduğunu söyləyib. Kurran sözlərinə belə davam etdi: "Özümü axmaq kimi hiss edirəm. Məndən başqa hər kəs onun necə bir insan olduğunu bilirmiş."

Sizin Reklam Yeriniz