Əlaqə Arxiv
news Image
2015.04.02
17:30
| A A A
Turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb

"Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub". Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, qanun layihəsi ilə bağlı razılaşmalar aparılır: "Yeni qanun layihəsi bu il Milli Məclisin müzakirəsinə çıxarılacaq. Yeni layihədə turistlərin təhlükəsizliyi, sığortası sahəsində məsələlər öz əksini tapıb. Hazırkı turizm qanununda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bunun üzərində ciddi çalışırıq".

Nazir əlavə edib ki, indiyədək turistlərin təhlükəsizliyi ilə əlaqədar heç bir xoşagəlməz hadisə baş verməyib: "Turizm şirkətlərinə lisenziya verilərkən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu məsələyə xüsusi önəm verilir. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib. Çünki hər hansı turist şirkəti təsis olunursa, deməli, o, iqtisadi əsaslara söykənir".


Sizin Reklam Yeriniz