“Bakı-2015”-in möhtəşəm reklamı (VİDEO)
Yarışı #Baku2015, #BiginBaku və #HelloBaku adlı haştaq ilə qeyd etmək təklif olunur.
İyunda Bakıda keçiriləcək Avropa Oyunlarının reklam çarxı hazırdır. Movqe.az Oxu.Az-a istinadən xəbər verir ki, ""Bakı-2015" - Böyük yarışa hazır olun!" adlı televiziya reklamında, 50 ilin ən mötəbər yarışlarından biri olan "Bakı-2015" Avropa Oyunlarına qonaqlara çağırış olunur.
Reklam çarxında bildirilir ki, "Bakı-2015" Avropa Oyunları Xəzər
dənizinin sahilindən gəlir. İnsanlar "Bakı-2015" Avropa Oyunlarına
və Azərbaycanın gözəl paytaxtının görməli yerlərinə baxmaq üçün
dəvət olunur.
Çarxda "Bakı-2015" Avropa Oyunlarını #Baku2015, #BiginBaku və
#HelloBaku adlı haştaqı ilə qeyd etmək təklif olunur.