Əlaqə Arxiv
news Image
2015.04.02
18:00
| A A A
Bakının ən böyük prospekti 2 gün bağlı olacaq
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb. "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas  hissəsi  nəqliyyatın hərəkəti üçün tam bağlanacaq. Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdı. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.
Sizin Reklam Yeriniz