Binəqədi rayonunda işəgötürənlərin maarifləndirilməsi istiqamətində tədbir keçirildi
Aprelin 1-də Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq
Mərkəzinin dəstəyi ilə rayon ərazisində fəaliyyət göstərən orta
ümumi və məktəbəqədər təhsil müəssisələrinin məsul şəxslərinin
iştirakı ilə tədbir keçirildi. Tədbirin keçirilməsinin məqsədi
işəgötürənlərin "Məşğulluq haqqında" Qanunun 17-ci maddəsinə
müvafiq olaraq məlumat və hesabatların Mərkəzə təqdim olunması ilə
bağlı məlumatlandırma işinin aparılması idi.Tədbiri giriş sözü ilə
Rayon İcra Hakimiyyəti başçısının müavini, Məşğulluğa Kömək
Göstərən Yerli Əlaqələndirmə Komitəsinin sədri Vüsar İsmayılov
açaraq bildirdi ki, rayon ərazisində fəaliyyət göstərən müəssisə və
təşkilatların məşğulluğun təmin edilməsi sahəsində müvafiq məlumat
və hesabatların qanunvericiliyə uyğun olaraq vaxtında Məşğulluq
Mərkəzinə təqdim edilməsi və bununla əlaqədar olaraq maarifləndirmə
işinin aparılması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı yanında 29 yanvar 2015-ci il tarixdə keçirilən şura
iclasında qərar qəbul edilmişdir. O, işəgötürənlərə "Məşğulluq
haqqında" Qanunun tələblərinə uyğun olaraq müvafiq məlumat və
hesabatların müəyyən olunmuş müddətlərdə Məşğulluq Mərkəzinə təqdim
edilməsinin vacibliyini qeyd etdi.Tədbirdə Mərkəzin direktoru
Məhəmməd Hacıyev işəgötürənlərin Mərkəzə təqdim edəcəyi hesabat
formaları barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, hesabat və
məlumatı təqdim etməyən işəgötürənlərə qarşı müvafiq inzibati
məsuliyyət nəzərdə tutulub.