Əlaqə Arxiv
news Image
2015.04.02
18:59
| A A A
Gənc həmvətənimiz Murmanskda musiqi müsabiqəsinin laureatı olub

Murmansk şəhərindəki 3 nömrəli uşaq incəsənət məktəbində vilayətin uşaq incəsənət məktəblərinin fortepiano bölmələrinin şagirdləri arasında "Kamerton" müsabiqəsi keçirilib. Pyotr Çaykovskinin anadan olmasının 175 illiyinə həsr edilmiş builki müsabiqə müsabiqənin şərtlərinə görə hər bir iştirakçı öz müsabiqə proqramına bu böyük rus bəstəkarının bir əsərini daxil edib.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun movqe.az-a verdiyi məlumata görə, Murmansk vilayətindəki Severomorsk şəhəri administrasiyasının mədəniyyət və beynəlxalq əlaqələr idarəsində qeyd edilib ki, Severomorsk şəhərindəki musiqi məktəbinin fortepiano bölməsinin şagirdləri bu məktəbi uğurla təmsil ediblər. Həmvətənimiz Səbinə Məmmədova isə müsabiqənin laureatı olub.

Qeyd edək ki, Səbinə bu cür istedadlar yarışında əvvəllər də iştirak edib.

Sizin Reklam Yeriniz