Əlaqə Arxiv
news Image
2015.04.02
19:30
| A A A
Dünyanın ən çirkin qadını öldü (FOTO)

Böyük Britaniyada dünyanın ən çirkin qadını ölüb. Movqe.az-ın məlumatına görə, Enn Vuds adlı həmin qadın 67 yaşında vəfat edib. O, 28 dəfə "dünyanın ən çirkin qadını" tituluna layiq görülüb.Qadın Böyük Britaniya və onun hüdudları çərçivəsində müxtəlif yarışlarda iştirak edib. İlk dəfə 1977-ci ildə - 29 yaşında, sonuncu dəfə isə 2010-cu ildə "dünyanın ən çirkin qadını" adını alıb. Bundan başqa, o, dəfələrlə ikinci yeri tutub.Bu müsabiqənin təşkilatçılarından biri olan Kallum Skott qadının vəfatına görə başsağlığı verib və bildirib ki, o olmadan bu müsabiqələr, tədbirlər artıq əvvəlki kimi maraqlı olmayacaq."Enn şəhərdə çox məşhur idi. O, çempionatda hər zaman həvəslə iştirak edib. Bu il biz tədbirlərdən birini onun xatirəsinə həsr edəcəyik".

Sizin Reklam Yeriniz