news Image
2015.04.03
13:15
| A A A
“Anti-Azərbaycan koalisiyasında yer alan şər kampaniyasına qarşı iradəmizi ortaya qoyaq” - Deputat

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Movqe.az xəbər verir ki, MM sədri spiker Oqtay Əsədov müzakirələrə keçməyi təklif edib. Millət vəkili Fəzail Ağamalı deyib ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı böhtan, şər kampaniyasını genişləndirirlər: "Anti-milli qüvvələr bu kampaniyanı Azərbaycana gətirməkdədir. Onlar bu oyunları boykot edəcək durumda deyil. Azərbaycanda belə tədbirlərin keçirilməsi ilə bağlı kifayət qədər təcrübə var. Yadınızdadırsa, "Eurovision" mahnı müsabiqəsi zamanı da bu cür şər kampaniyalar vardı. O heç bir nəticə vermədi. Əlbəttə ki, ölkəmiz bu oyunları çox böyük ustalıqla yerinə yetirəcək. Təşkilat Komitəsinin ötən iki il yarımda gördüyü işlər göz önündədir. Bu istiqamətdə ölkəmiz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir". Deputat hər kəsə səslənərək deyib ki səfərbər olunaraq, öhdəmizə düşən vətəndaşlıq borcunu birlikdə yerinə yetirək: "Anti-Azərbaycan koalisiyasında yer alan şər-böhtan kampaniyasına qarşı iradəmizi ortaya qoyaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs