Əlaqə Arxiv
news Image
2015.04.03
14:45
| A A A
"Könüllü surətdə ölkəmizə gələn erməni əsgər Andranik Qriqoryana Azərbaycan pasportu verilməlidir”

"Könüllü surətdə ölkəmizə gələn erməni əsgər Andranik Qriqoryana Azərbaycan pasportu verilməlidir". Movqe.az xəbər verir ki, bunu millət vəkili İqbal Ağazadə deyib. O bildirib ki, Andranik Azərbaycan vətəndaşıdır: "Bunun üçün heç bir problem olmamalıdır. Digər erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilməlidir ki, ölkəmizə gəlsinlər. Hətta, 3-cü ölkədən mümkün olsa belə bu addımı atsınlar. Çünki, Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur. Azərbaycanın dövlət orqanları, o cümlədən XİN və Prokurorluq müraciət etməlidir ki, hətta müharibədə iştirak edənlərə güzəşt edilə bilər. Beləliklə, həmin şəxslərə qaçqın statusu verilməsi mümkündür". Spiker Oqtay Əsədov isə deyib ki, elan çox olsa qorxuram ki, hamısı qaçqın statusu almaq üçün Azərbaycana gələr.

Sizin Reklam Yeriniz