Əlaqə Arxiv
news Image
2015.04.03
15:00
| A A A
Deputatlar Elman Rüstəmovun üzvlüyünü təsdiqlədilər

Milli Məclisə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyə namizədlərlə bağlı müraciət daxil olub. Movqe.az xəbər verir ki, müraciətdə Elman Rüstəmov və Xəqani Abdullayevin namizədliyi göstərilib. Millət vəkili, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, E.Rüstəmov uzun ildir Mərkəzi Bankı idarə edir: "20 illik fəaliyyətində Azərbaycanda müstəqil bank sisteminin formalaşmasında müstəsna xidmət göstərir. Azərbaycanın pul kredit siyasətində aktiv fəaliyyəti olub. X.Abdullayev də görkəmli alimdir". Spiker Oqtay Əsədov deyib ki, E.Rüstəmov işgüzardır: "O öz işinin peşəkarıdır. 20 ildə öz peşəkarlığını göstərib və cənab prezidentə təşəkkür edirik ki, 5-ci dəfə onun namizədliyini irəli sürüb". Daha sonra isə hər iki namizəd səsvermə ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü kimi təsdiq olunub.

Sizin Reklam Yeriniz