Əlaqə Arxiv
news Image
2015.04.03
15:40
| A A A
115 saylı bağçada uşaqlara köhnə ərzaq verilir-FOTO

115 saylı baxçada uşaqlara vaxtı keçmiş ərzaqlar verilir. Bu barədə "Facebook" sosial şəbəkəsində jurnalist Ləman Ələşrəfqızı yazıb. Movqe.az xəbər verir ki, L.Ələşrəfqızı aprelin 2-də bağçada uşaqlara iylənmiş ət verildiyini yazıb: "Bu gün təsadüfən valideynlərlə müəllimlərin mübahisəsinin şahidi oldum.Uşağı bağçadan götürəndə gördüm valideynlər müəllim və texniçkaları küncə qısıblar. Məni görəndə dərdləri təzələndi. Valideynin biri deyir ki, dünən uşağı gətirəndə görüb ətrafı iylənmiş ət iyi basıb. Deyib bu nədir bişirirsiz, bu iy nədir? Cavab çox qəribə olub. Gah deyiblər bayramdan sonradır, ət qalıb iylənib! ( Hərçənd, sovetin vaxtında dondurulmuş ətləri bir əsr boyu yeyirdin iylənmirdi), gah deyiblər narahat olmayın ətə dəfnə yarpağı vurmuşuq, iy gedəcək və s. Maraqlıdır ki, bu hadisələr bağça müdirinin məzuniyyətdə olduğu bir vaxtda baş verir.Müdiri isə anbardar əvəz edir ki, o da müdirin yaxın qohumudur. Faktı aşkarlayan valideyn həm də deyir ki, ötən il bu bağçadan gecə ərzaq oğurluğunu telefona çəkib, sadəcə o vaxtkı müdir çox yalvar-yapış etdiyi üçün məsələni şişirtməyiblər . Əgər valideynin dediyi həqiqətdirsə, onda təzə əti gecəynən satıb yerinə keyfiyyətsiz ət gətirmələri də istisna olunmur. Əlbəttə, bu mənim ehtimalımdır... İndi səbirsizliklə səhərin açılmasını gözləyirəm.Görək anbardarın cavabı nə olacaq?!" Bağçaya yollanan Ləman ƏLəşrəfqızı deyilənlri yerində araşdırıb və həqiqət olduğunu görüb. O, vaxtı keçmiş xamanın şəklini paylaşaraq yazıb: ""115 saylı bağçada uşaqlara verilən xama. Martın 20-də istifadə müddəti bitib. Bu gün aşbaz onu xörəyə istifadə etməkdən imtina edib. Anbara girib ətə də baxdım. Bir soyuducuda təzə ətdir, bir soyuducuda köhnə. Rəngi qapqaradır. Anbardara deyirəm bunu niyə verirsiz uşaqlara? Deyir qalığımdır daa. Deyirəm qalıqları məhz uşaqlara verməlisiz? Təzəni ver də! Nə isə.. Deməli, bağçaları Təhsil Nazirliyindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə vermək heç nəyi dəyişmədi! Gərək özümüzü dəyişək. Oğru əlimizi, oğru nəfsimizi , vicdanımızı dəyişək!"

Sizin Reklam Yeriniz