Əlaqə Arxiv
news Image
2015.04.03
18:15
| A A A
Avropa Oyunlarında satışa 600 min bilet çıxarılacaq

"Bu gün 8 satış məntəqəsi açırıq. Bundan başqa, satışlar yerli şirkətlər vasitəsilə şəhər kənarlarında da olacaq". Movqe.az-ın məlumatına görə, bu sözləri Bakı-2015-in Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı şöbələrinin rəhbəri Miryam Boqotay deyib.O bildirib ki, digər 4 məntəqə gələn həftədən açılacaq: "Mən hamını online bilet almağa çağırıram. Çünki həmin vaxt əlavə hədiyyələr də olacaq. Gələn həftədən 4 satış məntəqəsi də açacağıq. Amma Avropa Oyunları zamanı bütün idman obyektlərində bilet satışı olacaq".Miryam Boqotay qeyd edib ki, açılış mərasimi üçün milli stadiondan bilet satılmayacaq: "600 min bilet satışa çıxarılacaq. Məsləhət görərdim ki, sonuncu günü gözləməyin, indidən bilet alın. Çünki açılış mərasiminə milli stadiondan bilet satılmayacaq. Açılış mərasiminə 40 min bilet olacaq".Şöbə rəhbəri qara bazarda bilet satanların cərimələnəcəyini də əlavə edib: "Bileti qara bazardan qorumaq üçün əlavə elementlər var. Bunu açıqlaya bilmərəm. Amma onu söyləyim ki, belə hal olarsa, yüksək məbləğdə cərimə tətbiq olunacaq".

Sizin Reklam Yeriniz