news Image
2015.04.04
09:07
| A A A
Aprelin 4-nə olan hava proqnozu
Aprelin 4-dəBakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə aprelin 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 4-də gündüz arabir güclənən gilavar küləyinin 5-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasındafasilələrlə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındafasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındafasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında,əsasən, yağmursuz olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında,əsasən, yağmursuz olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Gündüz arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-9° isti, gündüz 9-13° isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs