Əlaqə Arxiv
news Image
2015.04.04
18:00
| A A A
Uşaq bir sutka maşında ölən anasının yanında qalıb
Böyük Britaniyanın Derbişir şəhərində oğlan uşağı 22 saat qapıları bağlı olan maşında ölən hamilə anasının yanında qalıb.Movqe.az modern.az-a istinadən xəbər verir ki, qadın heyvanat parkından evə qayıdarkən qəflətən keçinib. Məlumatda qeyd edilir ki, 33 yaşlı ibtidai sinif müəllimi Alina Roberts ölməzdən öncə avtomobilini şəhərin küçələrindən birində saxlaya bilib. Onunla birgə avtomobildə 2 yaşlı oğlu Bencamin də olub.

22 həftəlik hamilə olan qadın faciədən bir neçə saat əvvəl evlərindən bir neçə kilometr aralıqda oğlu ilə birgə attraksionda əylənib. Onun evə qayıtmaması haqda ilk həyəcan əri Aleksdən gəlib. Bütün gecəni həyat yoldaşı ilə mobil telefonla əlaqə saxlamaq cəhdi boşa çıxıb. Yolladığı onlarla SMS-ə də cavab almayıb, bundan sonra Roberts arvadının və uşağının axtarışına çıxıb. Ehtimal olunan marşrutu bir neçə dolaşsa da, doğmalarını tapa bilmədiyindən polisə müraciət edib.

Polis zabitləri qadının olduğu avtomobili yalnız bir gün sonra tapıblar. Onlar avtomobildə Bencamini anasının bədəninə qısılmış halda görüblər.
Sizin Reklam Yeriniz