Əlaqə Arxiv
news Image
2015.04.05
00:10
| A A A
Heydər Əliyev prospekti bağlandı
 Movqe.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanıb.

Prospektin bağlanmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.
Sizin Reklam Yeriniz