Əlaqə Arxiv
news Image
2015.04.02
01:12
| A A A
Binəqədi rayonunda 31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə “Tarixin soyqırımı” adlı tədbir keçirildi
Martın 31-də Binəqədi rayonunda 31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası  Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə "Tarixin soyqırımı" adlı anım tədbiri keçirilib. Movqe.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası  Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə Fəaliyyət göstərən "Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy, Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının vitse-prezidenti Cavidan Şərbətov, Vətəndaşların Sosial Rifahı naminə İctimai Birliyin sədri İradə Rzazadə, rayonun ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Anım tədbiri Yeni Azərbaycan Partiyası  Binəqədi rayon təşkilatının inzibati binasının foyesində 31 Mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımın həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş etdirilməsi ilə başladı.

Soyqırım faciələrini əks etdirən filmin nümayişi ilə davam edən tədbiri giriş nitqi ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq 31 Mart soyqırımı və ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışdı.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə fəaliyyət göstərən "Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışdılar.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev 31 mart soyqırımının təkcə həmin tarixlə məhdudlaşmadığına diqqət çəkərək SSRİ dövründə də bolşevik cildinə bürünmüş və yüksək vəzifələr tutmuş erməni daşnakları repressiyalar, deportasiyalar vasitəsilə öz qanlı əməllərini davam etdirdiyini vurğuladı.
Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışdı, bu qanlı hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirdi. Tarixi faktların işığında və sənədlər əsasında soyqırım həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyi diqqətə çatdıran A.Əliyeva bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd etdi.
Sizin Reklam Yeriniz