Əlaqə Arxiv
news Image
2015.04.06
11:30
| A A A
TQDK-dan imtahanın nəticələri barədə-AÇIQLAMA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayıb. İlk sınaq imtahanı aprelin 5-də keçirilib. Movqe.az-a TQDK-dan verilən xəbərə görə, İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub. 

İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib.
Qeyd edək ki, aprelin 6-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.

Sizin Reklam Yeriniz