Əlaqə Arxiv
news Image
2015.04.06
12:00
| A A A
İki şəhərdə islama görə toqquşmalar oldu - FOTO

Avstraliyanın Sidney və Melburn şəhərlərində radikal islamçı ekstremizmin yayılmasına etiraz edənlərlə irqçiliyə qarşı çıxanların aksiyaları keçirilib. Aksiyaların iştirakçıları arasında toqquşmalar olub. Saxlanılanlar, həbs edilənlər, toqquşmalarda yaralananlar var.Movqe.az Milli.Az-a istinadən xəbər ki, Melburnun mərkəzindəki Federasiya Meydanına yığışan on minlərlə avstraliyalı "Avstraliyaya HƏ, cihada YOX!" şüarları söyləyiblər."Avstraliyanı dirçəldək" (Reclaim Australia) hərəkatının təşkil etdiyi yürüşün iştirakçıları ekstremizmə qarşı çıxdıqlarını deyiblər. Melburn və Sidneydəki aksiya iştirakçıları deyiblər: "2005-ci ildə 7 islamçı radikal Melburndakı stadionda partlayışlar etmək istəyirdilər. Onlar niyyətlərini gerçəkləşdirsəydilər, minlərlə dinc insan həlak olacaqdı. Şübhəlilərdən biri Avstraliyada 19 il ərzində dövlət müavinəti alaraq yaşayıb, - "Reclaim Australia"nın yaydığı açıqlamada deyilir. Hərəkatın mətbuat katibi Ketrin Brennan isə söyləyib: "Biz Avstraliyanın dəyərlərini müdafiə edir, islamçı ekstremizmə qarşı çıxırıq. Hərəkatımız islama, müsəlmanlara qarşı deyil. Axı ölkəmizə, dəyərlərimizə və mədəniyyətimizə sevgi nə zamandan irqçilik sayılır?!" "Reclaim Australia"nın fəallarından biri Con Oliver bildirib ki, onun təmsil etdiyi qurum hər hansı etnosa, millətə və ya dinə qarşı çıxmır: "Biz konkret dinə mənsub olan ekstremistlərə, terrorçulara qarşıyıq". Sidneydə yüzlərlə avstraliyalı yağışa rəğmən "Martin Place" kafesinin qarşısına toplaşıb. Ötən ilin dekabrında islamçı ekstremist bu kafenin müştərilərini və əməkdaşlarını girov götürmüşdü. İnsidentdə 2 nəfər həlak olmuşdu. Aksiya iştirakçılarının əksəriyyətinin əllərində "İslama yox, Şəriətə yox!", "İslama yox, Şəriətə yox, Halala yox!" şüarları vardı. Melburnda iki fərqli aksiyanın iştirakçıları arasında toqquşmalar ciddiləşdiyi üçün dalaşanların arasına süvari polislər girərək "canlı sədd" yaradıblar.

Sizin Reklam Yeriniz