Əlaqə Arxiv
news Image
2015.04.06
12:40
| A A A
Qalmaqal: nazirlərlə məmurların övladlarının İnstagram FOTOları

Dünyanın inkişaf etməkdə olan ölkələrindən sayılan Meksikada əhalinin əksəriyyəti yoxsuldur və onların maddi rifah durumları yüksək səviyyədə deyil. Belə ölkələrin istisnasız olaraq hamısındakı təki, Meksikada da iş adamları və məmurların övladları valideynlərinin zənginliyindən yararlanaraq həyatın "dadını çıxarmaq"dadırlar. Movqe.Az Milli.az-a istinadən bildirir ki, meksikalıların "mirreyes" adlandırdıqları nazir və məmur övladlarının harın həyatları, pulları sel kimi səpələmələri, lüks yaşamları illərdən bəri mediada müzakirələr mövzusudur. Eksqibisionizmlə narsisizmin qarışığı olan sindroma tutulmuş bu gənclər pulları ilə fəxr edirlər. Lakin son vaxtlar onların fotolarını İnstagram-da paylaşaraq Meksika vətəndaşlarının çoxuna sanki acıq verirmiş təki var-dövlətlərini nümayiş etdirmələri qıcıq yaradıb. Ölkədə böyük qalmaqal yaşanır. Səbəb isə "mirreyes"lərdən olan Xorxe Alberto Lopesin və Çayapas Lopes Salazarın fotolarıdır.

15 yaşlı Çayapas Meksikanın baş prokuroru Reyçel Lorpes Salazarın oğludur. 29 yaşlı Xorxe və 15 yaşlı Lopes kruiz gəmisini dayandıraraq okean sularına atılmışdılar. Atılışdan əvvəl fotolarını çəkərək İnstagram-da paylaşan bu gənclər "Tarix yazırıq" sözlərini də paylaşmışdılar. Gəminin 15-mərtəbəli ev hündürlüyündəki göyərtəsindən aşağı atılan gənclər batıblar və cəsədləri də tapılmayıb. Meksika Neft Sənayesi İşçilərinin Həmkarlar Təşkilatının sədri Karlos Romero Deşamın 17 yaşlı qızı Anhel narkotik maddələr qəbul etdiyi zaman çəkdiyi fotonu İnstagram-da paylaşandan sonra yerli media onun atasının istefasını tələb edib. Meksikada iş yeri olan insanlar ildə orta hesabla 2226 saat çalışırlar və orta statistik ailənin illik gəlirləri vergilər ödənəndən sonra 12850 dollardan artıq deyil. Belə ölkədə nazir və məmurların övladlarının "dəbdəbəli, lüks həyat anları"nı əks etdirən fotoları paylaşması, təbii ki, sosial narazılığı artırır.








































Sizin Reklam Yeriniz