news Image
2015.04.06
12:00
| A A A
Marneulidə yaşayan azərbaycanlılar etiraz aksiyası keçirdi
Martın 5-də azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ermənistanla sərhəd zolağında yerləşən Ulaşlı kəndində etiraz aksiyası keçirilib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, aksiya iştirakçıları rayon rəhbərliyindən mal-qara üçün örüş sahəsi tələb ediblər. Onlar əvvəllər kəndə məxsus olan 350 hektar örüş sahəsi və bir çox torpaq sahələrinin 2010-cu ildə rayon bələdiyyəsinin deputatı Rauf Bəkirov və digər şəxslər tərəfindən biçənək sahələri kimi qanunsuz özəlləşdirildiyini bildiriblər. Marneuli Rayon İcra Hakimiyyəti başçısının müavinləri Temur Beridze və Kamandar İsmayılov, həmçinin Vahid Milli Hərəkat Partiyasının Marneuli rayon şöbəsinin rəhbəri Əhməd İmamquliyev Ulaşlı kəndinə gedərək sakinlərlə görüşüblər. Ə. İmamquliyev bir qrup kənd sakini ilə birlikdə sərhəddə yerləşən sahəyə baxış keçirib. Marneuli Rayon İcra Hakimiyyətinin nümayəndələri kənd sakinlərinə torpaq sahələrinin özəlləşdirilməsi məsləsinin yenidən yoxlanacağını və onlara rəsmi şəkildə cavab veriləcəyini bildiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs