Əlaqə Arxiv
news Image
2015.04.06
13:15
| A A A
Əhali arasında zəlzələ xofu-Aktiv seysmik zonalarda təhlükə varmı?

Ötən gün Azərbaycan ərazisində zəlzələ baş verib. Movqe.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 13.35-də meydana gəlib. Yeraltı təkanlar Cəlilabaddan 33 km şimal-qərbdə, Biləsuvar rayonunda qeydə alınıb. Maqnitudası 3 bal gücündə olan zəlzələ 25 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, son vaxtlar baş verən zəlzələlər kiçik təkanlar olsa da, əhali arasında az da olsa təşfişə səbəb olur. Bu kiçik təkanlaın zəlzələ ocaqlarında fəallaşmaya gətirib çıxaracağı, seysmik cəhətdən aktiv zonalarda yenidən zəlzələlərin baş verməsinin müşahidə olunacağı barədə narahatçılıqlar var. Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə Movqe.az-a açıqlamasında  əhali arasında narahatçılığa əsas olmadığını söyləyib: "Qeydə alınan zəlzələdən sonra xırda təkanların olmasından narahat olmağa dəyəz. Əsas odur ki, enerji boşalması gedib və bundan sonra həmin ərazidə maqnitudası daha yüksək zəlzələ gözlənilmir". 

Q. Yetirmişli bu zəlzələnin respublika üzrə aktiv seysmik zonalarda təkanlara səbəb olmasının da mümkünsüz olduğunu bildirib. 


Sizin Reklam Yeriniz