Əlaqə Arxiv
news Image
2015.04.06
13:45
| A A A
Husilər irəliləməyə başladı
Ədən yolunda gedən qızğın döyüşlərdə 500-dən çox insan ölüb

Son iki həftədə Yəməndə hökumət qüvvələri ilə husi qiyamçıları arasında Ədəndə gedən döyüşlərdə 500-dən çox insan ölüb. Movqe.az-ın xəbərinə görə, bu barədə BMT məlumat yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 12 gündür Yəmən paytaxtı Sənaya və ölkənin şimalında Saada ərazisinə zərbələr endirməsinə baxmayaraq, hazırda husi qiyamçılarının ölkənin ikinci paytaxtı sayılan Ədən şəhərinə doğru irəliləyir və ağır döyüşlər gedir. Xatırladaq ki, Rusiya ötən şənbə günü BMT-nin Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edərək, Səudiyyə Ərəbistanını hava kampaniyasında humanitar fasilə verməyə çağırıb. Qırmızı Xaç Komitəsi də tərəfləri ailələrə yardım çatdırılması üçün 24 saatlıq atəşkəsə çağırıb. 


Sizin Reklam Yeriniz