news Image
2015.04.06
13:35
| A A A
Bakıya yeni terminallar gətirildi
Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni ödəmə terminalları quraşdırılıb.

Movqe.az-ın məlumatına görə, bu barədə Trend-ə "AzeriCard" Prosessinq Mərkəzinin biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib. Onun sözlərinə görə, terminallarda kredit xidmətləri, kommunal xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişini həyata keçirmək mümkündür: "Hazırda terminallar bir sıra ABB filiallarında yerləşdirilib. Tədricən terminallar bankın bütün filiallarında quraşdırılacaq, perspektivdə isə paytaxtın ictimai yerləri nəzərdə tutulur. Yeni terminalların "MilliÖN" və "eManat" terminallarından fərqi odur ki, ödənişi həm nəğd pulla, həm də bank kartı ilə həyata keçirmək olur. Həmçinin terminal nəğd pulu karta köçürməyə imkan yaradır". Hazırda ödəmə terminalları bazarında "Komtec" şirkətinin "MilliÖn", "Modenis" şirkətinin "eManat" və "Expressbank" ASC-nin "ExpressPay" terminalları təqdim olunur. Bu qurğular kommunal xidmətlər, stasionar və mobil telefonlara görə ödənişlər, internet, kabel televiziyası və bank kreditləri üzrə fəaliyyət göstərir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs