Əlaqə Arxiv
news Image
2015.04.06
17:20
| A A A
Bu sayta məktəblilər girsin
Bu sayt vasitəsilə məktəblər haqqında ətraflı məlumat öyrənmək mümkün olacaq.Bakı məktəblərinin saytları istifadəyə verilir.

Movqe.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Təhsil İdarəsi ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir. Saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür. Maraqlanan şəxslər www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər.

Sizin Reklam Yeriniz