Əlaqə Arxiv
news Image
2015.04.06
17:23
| A A A
Yəməndən çıxarılan azərbaycanlıların adları açıqlandı
Bu ölkədəki bir azərbaycanlı ailə ilə əlaqə kəsilib

Yəmənin paytaxtı Sana şəhərindən 7 azərbaycanlı təxliyyə edilərək İstanbula gətirilib. Bu haqqda ANS-ə Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə bildirib. Onun sözlərinə görə, bu işdə onlara Türkiyə dövləti kömək edib.

Emil Qasımzadə açıqlamasında bildrib ki, onlara 9 nəfər rəsmi müraciət edib. Bunlardan 2-i Rusiya, 7-si Türkiyə vasitəsilə Bakıya göndəriləcək.

Rəsmi müraciət edərək Yəməndən təxliyə edilən azərbaycanlılar iki ailə olmaqla, 4-ü uşaq, biri tələbə olub. Onların adlarını sizə təqdim edirik.


Rüstəm Cəfərov

Marina Ksenakosova

Fuad İmamquliyev

Şəhla İmamquliyeva

Bilal İmamquliyev

Faiq İmamquliyev

Tubaİimamquliyeva

Mualla İmamquliyev

Adil İmamquliyev


Azərbaycanlılar 230 nəfərlik heyətlə Türkiyə vətəndaşları ilə birgə İstanbula gəliblər. Yəməndə qarışıqlıq səbəbindən həyatları təhlükədə olan vətəndaşları İstanbulda yaxınları göz yaşları ilə qarşılayıblar. Təxliyə olunan azərbaycanlılardan yaxın vaxtlarda Bakıya uçacaqları gözlənilir. Hazırda Sənada hava limanında təxliyyəsini gözləyən azərbaycanlı yoxdur. Lakin 4 nəfərlik azərbaycanlı ailə hələ də Yəməndə qalır. Bunlar Nazilə Rəhimova onun iki qızı, həyat yoldaşıdır. Onların səsnədləri ilə bağlı problemi var.Konsul Emil Qasımzadə ANS-ə bildirdi ki, həmin ailə ilə əlaqə saxlanılıb. Onlara xəbərdarlıq edilib ki, təxliyə olunmaq istəyirlərsə müracət etsinlər. Lakin sonradan ailə telefonu söndürdüyündən onlarla əlaqə kəsilib.

Sizin Reklam Yeriniz