Əlaqə Arxiv
news Image
2015.04.06
17:25
| A A A
Masallı rayonunun Şərəfə kəndində səyyar görüş- qəbul
Ənənələr Şərəfədə yaşayır...

Masallı rayonunun Şərəfə kəndinin əhalisi 4034 nəfərdir. Ərazi iki kəndi–Şərəfə və Ağakişibəylini əhatə edir. Şərəfə kəndi Masallı rayonunun Binə Xocavar, Çaxırlı, Digah, Bala Təklə, Səmidxan və Ağakişibəyli kəndləri ilə həmsərhəddir. Bakı-Astara yolunun 500 metrmiyində yerləşir.

İqlimi quru subtpoik iqlimdir. Kəndin cənub-qərbində böyük su ambarı yerləşir. İçməli su mənbəyi yoxdur. Mal-qara və əkinlərin suvarılmasında əsasən quyu suyundan istifadə edilsə də içmək üçün yararsızdır.Quyu sularında ağır metal duzları olduğundan su coddur.

1953-cü ildə tikilmiş mədəniyyət evi kəndin tarixi abidəsidir. SSRİ Rəssamlıq Akademiyasının üzvü, beynəlxalq Nehru mükafatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Mikayıl Abdullayevin şəxsi iştirakı ilə inşa edilib. Vaxtı ilə o klubda Şövkət Ələkbərova , Elmira Rəhimova, Akademik milli dram və Musiqili dram teatirının çıxışları olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda kənddə olarkən mədəniyyət evinin vəziyyəti ilə tanış olub...

Şərəfə kəndı Masllı rayonunun ziyalı kəndlərindəndir. Kənd əhalisinin əksəriyyəti alı vəya orta ixtisas təhsillidir. Kənddə 11 illik təhsil bazasında orta məktəb, kənd tibb məntəqəsi, kitabxana, aptek, poçt, Bələdiyyə və icra nümayəndəliyi binası, 2 şadlıq evi fəaliyyət göstərir.

Kənddə ilk məktəbin açılışı 1921-ci ilin avqust ayına təsadüf edib, Mirzə İsmayıl və Mirzə Nəzirməmməd kimi işıqlı insanların təşəbbüsü və zəhməti nəticəsində tarixi ünvan tapıb. Kəndin birinci ali təhsillisi İsmayıl Əzimov olub. Mikayıl Əzimov, Subhan Seyfullayev, Fəyyaz Zamanov, Saday Ağababayev, Mehman Əkbərov, Məmmədəli Ağayev, Adil Nəbiyev, Abdul Xəlilov, Samid Ələkbərov, Müşviq Ağababayev, İsmayıl Həsənov, Zəfər Qurbanov, Böyükxan Kərimov, Süleyman Hüseynov, Arif Əsədov və başqaları bu ərazidən olan elmlər namizədi və doktorudur.

Şərəfə kəndi ilkin dövrdən əkinçılilik və heyvandarlıqla məşğul olub .Sovet illərində əvvəlcə kolxoz ,sonra isə sovxoz təsərrüfatı fəaliyyət göstərsə də iqtisadiyyat fəaliyyəti dəyişilməmış qalıb. Belə ki əhali dənlı bitkilər(çəltik,arpa, buğda,qarğıdalı,noxud və s.), tərəvəz bitkiləri (xiyar,pomidor,kələm,badımcan,soğan,bidər və s.), bostan bitkiləri(qarpız,yemiş,boranı və s.) yetişdirməklə , iri və xırda buynuzlu (inək, camış və qoyun) mal -qara saxlamaqla məşğul olmuşdur.Kənddə yerləşən su anbarında balıq saxlanılır. Kənddə pendir sexı fəaliyyət göstərir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun "Kəndimiz" şadlıq sarayındakı səyyar qəbulunda söhbət elm, təhsil, bilik mövzusunda quruldu. İcra başçısı danışdı ki, məktəbləriniz ənənəsi olan təhsil ocaqlarıdır. Dərsə davamiyyət, təhsilin səviyyəsi yüksəkdir. Məktəbə hamı hörmətlə yanaşır. Burada əsaslı təmir gedib. Muğan xalq ifaçılıq məktəbinin yaranışı 1920–30-cu illərə təsadüf edir. Bu kəndin "Həcər" kollektivi Masallı folklorunda önəmli yer tutur. Bu gün səmərəli fəaliyyət göstərən kollektiv qədim ənənələri özündə əks etdirir. Şərəfə dəstəsi indi uzaqlarda keçmişimizi, mənəvi dəyərlərimizi təqdim edir.

–Siz başda olmaqla kəndimizə gələn rəhbər işçilərə təşəkkür edirik,–deyə kənd məktəbinin dil-ədəbiyyat müəllimi Xankişi Xankişiyev söz aldı:–Kəndin tanınmışları çox olub. Pedaqoji kollektivin salamını çatdırıram. Kənd yolunun təmirinə görə Sizə təşəkkür edirik. Məktəbimiz səksəninci ildə tikilib. Gələcəkdə təzə məktəb tikintisinə köməklik göstərməyinizi xahiş edirəm.

Bələdiyyə sədri danışdı ki, iki küçənin təmiri qalıb. Vəsait toplayıb qalanını özümüz düzəldəcəyik. Kommunal xidməti yaradacağıq...

Sakinlərdən Samid Kərimov, Elşad Əsgərov, Əvəzağa Əliyev, Rafət Abbasov, Qalib Məmmədov, Sadıq Əbilov, Ağa Kərimov, Zahir İsmayılov və başqaları təkliflərini rayon rəhbərinə bildirdilər. Rafil müəllim də öz növbəsində onları diqqətlə dinlədi, aidiyyəti üzrə tapşırıq verdi, onun hansı vaxtı həll olunacağına aydınlıq gətirdi. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov sonra sakinlərin diqqətinə çatdırdı:

–Dörd kilometr yola 265 maşın çınqıl-qum döşənib. Bu iş davam etdiriləcək və köməkləşmək lazımdır. Qarşıdan Birinci Avropa Olimpiya Oyunları gəlir və buna təqribən 70 gün vaxt qalır. Rayonda böyük işlər görülür və bunları axıradək davam etdirəcəyik. Ölkə başçısı cənab İlham Əliyevə minnətdarıq. Son 22 kəndə qaz çəkilir. "Çölkəndlər" qazlaşıb. Layihələri birdən yerinə yetirmək çətindir. Azərbaycan inkişaf dir. Şərəfə də inkişafdadır. Muğana su çəkiləcək... Güclü sovxozunuz olub. Torpaqdan səmərəli istifadə olunmalıdır. Rentabelli bitkilərə yer vermək gərəkdir. Sahibkarın işinə maneçilik yolverilməzdir. Həmişə seçilən, sayılan kəndiniz olub. Bazar təmiz olmalıdır. "Yaşıl bazar" buna xidmət edəcək. Burda qaldırılan məsələlərin çoxu gündəmdədir. Ümumiləşdirib birgə qərara gələcəyik. Sakinlərin bir çoxu haqlıdır. Məsələn, kanal heç kimin yeri deyil. Gələcəkdə şirin su məsələsini həll edəcəyik. Bir az ləngiyir. Uşaq bağçası əsaslı təmir olunacaq. Məktəblə bağçanın damı, istilik sistemi təmir olunacaq.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı R.Hüseynov həmçinin bildirdi ki, uşaqların təhsili ilə məşğul olun. Onlar öz ölkəsinin tarixini bilməlidir, kompüter, müasir elmləri, turizmi öyrənməlidir.

Sizin Reklam Yeriniz