Əlaqə Arxiv
news Image
2015.04.06
19:00
| A A A
Masallı rayonunda “Şahin” hərbi - idman oyunları üzrə rayon birinciliyi

3 aprel 2015 - ci il tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və əlaqədar təşkilatlarla birgə Masallı şəhər 3 saylı tam orta məktəbdə Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan "Şahin" hərbi-idman oyunları üzrə Masallı rayon birinciliyi keçirilmişdir.Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək komandaları salamlamış və "Şahin" hərbi - idman oyunlarının keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi- idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət olduğunu bildirdi. C.Manafov çıxışında onu da qeyd etdi ki, "Şahin" hərbi–idman oyunu üzrə keçirilən Rayon birinciliyində qalib gələn komanda 2015- ci ilin Aprel ayında Cəlilabad rayonunda keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir.Sonra tədbirdə SHXÇ üzrə DX-nın Masallı rayon Şöbəsinin məsul işçisi kapitan Vüqar Əhmədov , Masallı rayon Təhsil şöbəsinin Metodisti Əyyar Burhanov çıxış edərək , keçirilən yarışda şagirdlərə uğurlar arzulamışlar.Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirildikdən sonra komandalar estafet mərhələsini davam etdirmişlər.Yarışın yekun nəticəsinə əsasən S. Tağıyev adına Digah tam orta məktəbin komandası I yerə, S.Vurğun adına Türkoba kənd tam orta məktəbin komandası II yerə, R.Əlihəsənov adına Şəhər 1 saylı tam orta məktəbin komandası III yerə , Fərqləndiyinə görə isə Masallı şəhər 3 saylı tam orta məktəbin komandası və Seybətin tam orta məktəbin komandası diplomla təltif edilmişdir .

Sizin Reklam Yeriniz