news Image
2015.04.06
13:44
| A A A
Murmansk şəhərinin Semyonovsk gölündə buzlu suda üzgüçülük üzrə birinci dünya çempionatı başa çatıb

Rusiyanın Murmansk şəhərində buzlu suda üzgüçülük üzrə birinci dünya çempionatı keçirilib. Yarışın özəlliyi qalibin təkcə mütləq hesabda deyil, həm də ayrı-ayrı yaş qrupları üzrə müəyyənləşdirilməsində olub. Məsafə hamı üçün eyni - bir kilometr, suda qalma müddəti 25 dəqiqə olub. Yarışın ilk günü havanın temperaturu 5 dərəcə şaxta təşkil edib. Buzlu suda üzgüçülük üzrə dünya birinciliyinin kişilər arasında mütləq çempionu məsafəni 13 dəqiqə 0,52 saniyəyə qət etmiş almaniyalı Kriştof Vandraş olub. Alman üzgüçü bununla da özünə məxsus olan əvvəlki dünya rekordunu təzələyib. Rusiyalı Albert Sobirov 13 dəqiqə 41,25 saniyə nəticə ilə ikinci olub. Üçüncü yeri 14 dəqiqə 17,01 saniyə ilə estoniyalı Henri Kaarma tutub.  Qadınlar arasında çexiyalı idmançı Renata Novakova məsafəni 14 dəqiqə 21, 82 saniyəyə qət etməklə dünya rekordunu müəyyənləşdirib. İkinci yeri 15 dəqiqə 12,22 saniyə nəticə ilə finlandiyalı Elina Myakinen tutub. Üçüncü yerə isə 16 dəqiqə 27,20 saniyə ilə Çexiyanın digər təmsilçisi İveta Novakova çıxıb. urmansk şəhərinin Semyonovsk gölündə buzlu suda üzgüçülük üzrə birinci dünya çempionatı başa çatıb


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs