Əlaqə Arxiv
news Image
2015.04.06
13:45
| A A A
Murmanskda sambo üzrə açıq turnir keçirilib

Rusiya Federasiyasının Murmansk şəhəri Sambo Federasiyasının prezidenti Vladimir Baturovun xatirəsinə həsr edilən sambo güləşi üzrə açıq turnir keçirilib. Murmanskda keçirilən turnirin baş hakimi deyib: "Bu, komanda turniridir. Biz, samboçular, belə yarışları "divara divar" adlandırırıq. Hər komandada 11 idmançı olur. İki komandanın görüşündə heç-heçələr ola bilməz. Belə yarışların bir xüsusiyyəti də var: əgər komandalardan birində güləşçilərin sayı 11-dən az olsa, onda rəqib komanda lap əvvəldən avtomatik olaraq qalib sayılır. Yəni, əgər mənim komandamda doqquz, rəqib komandada 11 güləşçi varsa, mənə iki xal hesablanır. Döyüş özü iki dəqiqə davam edir. Qələbə üçün komandaya bir xal əlavə edilir. Murmanskda sambo ilə məşğul olanların sayı mindən çoxdur. Ona görə təəccüblü deyil ki, bu turnirdə ev sahibləri daha çox təmsil olunub". Severomorsk, Kirovsk, Polyarnıye Zori və Murmansk şəhərlərini təmsil edən, hər biri 11 idmançıdan ibarət komandalar növbə ilə qarşılaşıblar. Daha çox qələbə qazanmış komanda turnirin qalibi olur. Murmanskdakı 19 №-li Uşaq və Gənclər İdman Məktəbinin "divar"ı daha möhkəm oldu. Bu komanda heç bir matçda uduzmayıb. İkinci yeri də vilayət mərkəzini təmsil edən 16 №-li Uşaq və Gənclər İdman Məktəbinin komandası tutub. Bu iki komanda dördüncü dövrəyə qədər məğlubiyyətlərsiz gedirdi. Birinci yerin taleyi onların əyani qarşılaşmasında həll edilib. Bu qarşılaşmada 19 №-li Uşaq və Gənclər İdman Məktəbinin samboçuları 7:4 hesabı ilə qalib gəlib. "Ümumrusiya Azərbaycanlılar Konqresi" ictimai təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, turnirin qalibləri arasında həmyerlilərimiz də var.

Sizin Reklam Yeriniz