news Image
2012.08.17
15:30
| A A A
Azərbaycanda növbəti dərs ilində 50-yə yaxın yeni məktəb binası istifadəyə veriləcək
Azərbaycanda yeni dərs ilində tikintisi aparılan yeni məktəb binalarının 50-yə yaxını istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov YAP-ın saytına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, hazırda yeni məktəblərin tikintisi həm Təhsil Nazirliyi, həm də yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir: "Nazirlik tərəfindən bu gün tikinti-təmir işləri aparılan müəssisələrin sayı 70-ə yaxındır. Onlardan 54-ü yeni məktəb, 6-sı əlavə korpusların tikintisidir. O cümlədən, 10 məktəbdə və 1 internat məktəbində əsaslı təmir işləri aparılır".