Əlaqə Arxiv
news Image
2012.08.23
11:53
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. 
Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 23-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
Avqustun 24-dək
 ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Sizin Reklam Yeriniz