news Image
2012.08.25
11:46
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 25-də əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru Lənkəran-Astara zonasında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 24-29 dərəcə isti olacaq.
Avqustun 25-26-da
 ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs