news Image
2012.08.26
20:29
| A A A
Azərbaycanda rezidenturaya hazırlaşanlar üçün ikinci sınaq imtahanı keçirilib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədi ilə ixtisas fənləri üzrə sınaq imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək istəyən namizədlər avqustun 13-dən etibarən internet vasitəsi ilə qeydiyyatdan keçiblər.
Sınaq imtahanları Bakı şəhərində keçirilir. Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs