news Image
2012.08.28
12:27
| A A A
Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu - FOTOLAR
Bu mövzuda beynəlxalq seminar keçirilir

Movqe.Az xəbər verir ki, bu gün Türksoy, İSESKO və KİVDF-nin təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirildi. Tədbirdə türkdilli ölkələrin media nümayəndələri, Türksoyun Azərbaycan təmsilçisi, Türksoyun baş katibin müavini və başqaları iştirak etdi.

Seminarı giriş sözü ilə açan Türksoyun Azərbaycan təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən söz açdı. Onun sözlərnə görə bu seminar türdilli ölkələrin daha da yaxınlaşmasında mühüm rol oynayacaq. Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə Azərbaycan dövlətinin mədəniyyətə verdiyi dəyərdən, xalqımızın tolerantlığından söhbət açdı. V.Səfərli çıxışında mədəniyyətlərarası dialoqun qurulmasından jurnalistlərin əməyinin də olduğunu dilə gətirdi. Daha sonra isə millət vəkili Qənirə Paşayeva öz fikirlərini bölüşdü. Onun təbirincə, bu tədbirin iki beynəlxalq təşkilat tərəfindən keçirilməsi çox önəmli hadisədir: " Avropada mədəniyyətlərarası dialoq istiqamətində fəaliyyət mənfi istiqamətdə gedir. İslama qarşı qüvvələrin sayı artır. Buna görə də medianın öhdəsinə çox iş düşür. Media bu sahəni həm inkişaf etdirə, həm də mənfi istiqamətə apara bilər. Məsələn, hansısa terrorçunu təqdim edəndə onun milliyətini və dinini vurğulamaq lazım deyil. Çünki, terrorçunun onun dini ilə əlaqəsi yoxdur. Bu barədə cəmiyyəti bilgiləndirmək jurnalistlərin işidir". 

Seminar iştirakçılarının çıxışlarından sonra "Qərbə doğru axan çay" sənədli filminin qısa təqdimatı keçirldi. Daha sonra isə ayrı-ayrı ölkələrin nümayəndələrinin çıxışları dinlənildi.

Sonda birgə bəyənnamənin qəbul ediləcəyi gözlənilir.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs