Əlaqə Arxiv
news Image
2015.04.30
16:00
| A A A
QƏLƏBƏ - 70

Haqqında söhbət açacağım Xalıq İsmayıl oğlu Qurbanov 1923-cü ildə Masallı rayonunun Qızılavar ərazi nümayəndəliyinin Dəlləkoba kəndində anadan olmuşdur. Dəlləkoba kəndinin tanımış adamlarından biri olmuşdur. 1933-cü ildə Qızılavar kənd ibtidai məktəbinə daxil olur, 1937-ci ildə təhsilini Bədəlan kənd orta məktəbində davam etdirir. 1942-ci ildə səkkizinci sinfi bitirdikdən sonra könüllü şəkildə alman faşizminə qarşı II Dünya müharibəsi cəbhələrinə getmişdir. Xalıq Qurbanov əfsanəvi 18-ci orduda, sonralar Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi (1964 - 1982-ci illər) işləmiş Lejnid İliç Brejnevlə bir yerdə vuruşmuşdu... Hamının bildiyi kimi Leonid İliç Brejnev — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur: Sov.İKP MK -nın 1964— 1966-cı ill ərdə Birinci Katibi, 1966-cı ild ən 1982-ci ilədək Baş Katibi olmuşdu. 1943-cü ildə Brejnev artıq polkovnik rütbəsində 18-ci ordunun siyasi şöbəsinə rəhbərlik etmişdi. Əgər Leonid İliç Brejnevin " Kiçik torpaq" ( Xatirələr. Brejnev L.İ..Nəşriyyat: Azərnəşr, Bakı, 1979. Səhifə: 92.) əsərini oxuyub xatırlayan varsa müharibənin necə dəhşətləri olması orada təsvir olunub. Həmin kitabın Masallı Rayon Partiya Komitəsində müzakirəsi mənim də yadımdadır. Həmin zamanlar biz ali komsomol orqanlarında işləyirdik və təbii ki, hər birimiz orda çıxış edən Xalıq əmiyə oxşayaq.O, sözündə bütöv, Cənubun ağsaqqalı sayılırdı. Sinəsi orden və medallı, saçları ağappaq bir insan idi. Rəhbərlik etdiyi M.F.Axundov adına sovxoz da SSRİ-də tanınan tərəvəzçilik, çayçılıq və maldarlıq təsərrüfatı idi. Orda işləyən kadrlar da Masallı Rayon Partiya Komitəsinə və digər rəhbərliyə "yol alırdılar". Xalıq İsmayıl oğlu Qurbanov 1944-cü il mayın 5-də müharibə əlili kimi ordudan tərxis olunub arxa cəbhəyə yola salınmışdır.

Masallı salnaməçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və "Yeni həyat" (Masallı rayonu) qəzetinin məsul katibi Həsənağa Əliyev özünün "Dünya heç kimin ... " (Bakı, "Nurlan" nəşriyyatı, 2002 - ci il) kitabında Xalıq əminin xatirələrində yazır ki, müharibə sözü dünyada nə qədər dəhşətil bir kəlmə tanımıram. İlk döyüşdə torpağın üstünə pərdə çəkən insan cəsədlərini görəndə damarlarımda qan dondu. Həyata vida desələr də açıq qalmış gözlərində dəhşət vardı. Son dəqiqələrini yaşayan bir alman əskəri əllərini mənə uzadaraq nəsə deyir, mərhəmət diləyirdi. Bu hadisə qəlbimi təlatümə gətirdi, lakin Vətənə məhəbbətim, düşmənə nifrətim məni daha cəsarətlə döyüşməyə ruhlandırırdı. Bir sözlə, burada qan sy yerində axırdı, bir çoxlarının öldü - qaldısı indi də heç kimə məlum olmadı. Kiçik torpaqdakı ölüm - dirim savaşında sağ qalan əskərlər Ali Baş Komandanın əmri ilə mükafatlandırıldı, mən də "Döyüş Şöhrəti" ordeni ilə təlif edildim, ancaq həmin günlərdə hərbi qospitalda yaralı yatdığımdan mükafatı 36 il sonra - 1976-cı ildə təntənəli surətdə mənə təqdim edildi. Müharibə hər zaman, hər yerdə elə müharibədir - dağıntı, ölüm, fəlakətdir. Ancaq Kiçik Topaqdakı döyüşlər dünya tarixində tayı - bərabəri olmayan bir dəhşət idi. Mən burada bir insanının sonralar Sov.İKP MK -nın 1964— 1966-cı ill ərdə Birinci Katibi, 1966-cı ild ən 1982-ci ilədək Baş Katibi olmuş Brejnevin necə geniş qəlbə, böyük inama, qeyri - adi dünyagörüşə malik olduğunu gördüm. O, tez - tez əskərlərin arasında olur, məsləhətləri ilə bizi ruhlandırır, səhvləri ani surətdə təhlil edib nəticə çıxarmağımıza kömək göstərirdi.

Beş aylıq müdafiədən sonra 1943-cü ilin sentyabrın doqquzunda səhər saat dörd tamamda Komandanlığın əmri ilə hücuma keçdik. Dəhşətli döyüş idi. Almanlar hər qarış torpağı minalamışdılar, ancaq biz heç nəyə fikir vermədən addım - addım irəliləyirdik. Ölənlərin sayı - hesabı yox idi. Altı gün fasilə vermədən döyüşdük, düşmən bu ardıcıl təzyiqə davam gətirə bilmirdi. Xeyli döyüş yoldaşlarımızı itirdik, sentyabrın 16 - da Novorossiysk şəhərinə daxil olduq. Günlər, aylar ötdükcə döyüşlərin dəhşəti daha da artırdı. Artıq od - alov bizim üçün adiləşmişdi. Heç kim ölüm barədə düşünmürdü. İnsan Allahın ona verdiyi ədaləti, insafı, xofu itirmişdi, çünki, gördüyü səhnələr onun insanlıq ruhunu öldürmüşdü. Hissəmiz Anapanın, Taman yarımadasının, Kerçi düşməndən təmizlədi. Həmin döyüşlərdə iki dəfə yaralandım. 1943 - cü ilin aprelin birində yaralıları daşıyan gəmimiz düşmən mərmisindən zədəlkəndi. Gəminin komandiri gənc leytenant Jakov Denisoviç böyük qəhrəmanlıq göstərərək gəmini xilas edə bildi. Bu dəhşətli anlar barədə Şaxtı ıəhərində çıxan "Leninin bayrağı" qəzeti 1980- ci il 11 dekabr tarixli nömrəsində gəmi heyətinin və onun kapitanı olan həmyerliləri barədə geniş və maraqlı bir yazı dərc etmişdi.

Kerç uğrundakı döyüşlərdə ikinci dəfə ağ ciyərdən ağır yaralandım, hərbi təyyarə ilə Kislovadskiyə gətirildim. Qozpitalda

səkkiz ay yatdıqdan sonra 1944 - cü ilin mayın beşində ikinci dərəcəli müharibə əlili kimi evə buraxıldım...

1945-ci ildə Masallı şəhərində təşkil olunmuş üç ayliq mühasiblik kursunu bitirir. 1953-1955-ci illərdə Masallı axşam fəhlə-kəndli gənclər orta məktəbində təhsil alır. 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zootexnik fakultəsinə daxil olmuş, 1962-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. O, rayonun Qədirli (1945-1946), Bədəlan (1946-1947, 19559-1962), Ərkivan (1947-1950), Tatyan (1950-1955), Qızılavar (1955-1959) kolxozlarında baş mühasib vəzifələrində işləmişdir. 1962-1964-ci illərdə Bədəlan kəndində kolxoz sədri işləmişdir. X.Qurbanob 1964-cü ildən 1992-ci ilə kimi Masallı rayonunun M.F.Axundov adına sovxoz direktoru işləmişdir. Onun rəhbərliyi dövründə M.F.Axundov adına sovxoz dəfələrlə Sov.İKP MK-nın, SSRİ Nazirlər sovetinin, Azərbaycan KP MK-nın, Respublika Nazirlər sovetinin, Həmkərlar İttifaqı və Komsomolun Mərkəzi Komitəsinin keçici Qırmızı Bayraqlarını almış, SSRİ kənd Təsərrüfatı Nazirliyinin xatirə bayrağına, SSRİ xalq Təsərrüfatı sərgisinin Qızıl medalna fəxri fərmanlarına və mükafatlarına layiq görülmüş, rayonda hər il keçirilən "Məhsul Bayramlarının" fəallarından olmuşdur. "Döyüş şöhrəti", " Birinci dərəcəli Vətən Müharibəsi", "İkinci dərəcəli Vətən Müharibəsi", "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu", " Qırmızı bayraq", "Oktyabr inqilabı" ordenlərinə, "Lenin yubleyi", "Əmək igidliyinə görə", "Qafqaz müdafiəsinə görə" medallarına, həmçinin Böyük Vətən müharibəsinin 10, 20, 30, 40, 50- illik yubley medalları, fəxri döş nişanları ilə təltif olunmuş, saysız-hesabsız Fəxri fərmanlar, qöymətli hədiyyələr layiq görülmüşdür. O Masallı Rayon Partiya Komitəsinin plenumunun üzvü, Masallı Rayon Sovetinin deputatı və Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü olmuşdur. Ona görə onunla fəxr edirdik, təəccüb dolu baxışlarla ona baxardıq...

Azərbaycan Jurnalistlər Birliyinin üzvü və "Yeni həyat" (Masallı rayonu) qəzetinin məsul katibi Həsənağa Əliyev sonra danışır:

- Xalıq kişi ilə tez – tez görüşərdik. Deyyərdi ki, dünya deyəsən yavaş – yavaş etibarsızlaşır, abır, həya, ağsaqqallıq itir.Rayon katibləri gələndə mənimlə, Əlihüseyn Hüseynovla, Ayaz Sadıqovla, Böyükağa Baxışovla məsləhətləşərdi, kənd təsərrüfatının idarə olunmasında, istərsə də kadrların seçilməsində bizsiz bir addım atılmazdı. İndi zamana dəyişib. Axı, bu kəndi, təsərrüfatı mənə tapşırıblar. Onları dolandırmaq lazımdır, bu, böyük məsuliyyət tələb edir insandan...

Bu material "Azad Azərbaycan"a hazırlananda Qızılavar kənd ərazi nümayəndəliyinin indiki müavini və əvvəlki komsomol yoldaşım Ağacəfər Ağayevlə görüşdüm. Yeri düşmüşkən qeyd edim ki, o da Xalıq Qurbanovun yetirməsidir, uzun illər Masallı Rayon Komsomol Komitə rəhbərliyində

çalışıb. Ağacəfər müəllim dedi ki, Xalıq əmi əsl həyat məktəbi, mərd bir insan idi. Biz ondan hər şeyi öyrənməyə səy edirdik. Nümunəvi şəxsiyyət, etibarlı adam idi. Onu unuda bilmirik, həmişə xatirimizdədir. El adamı idi, köhnə kişilərdəndi. Allah rəhmət eləsin, qəbri nurla dolsun...

Dostum, Yardımlı Rayon Partiya Komitəsinin sabiq birinci katibi Yusif Məmmdov danışır:

-Mənim böyük həyat yollarımın bələdçisi, yolgöstərəni Xalıq Qurbanov olmuşdur. Adi komsomol rəhbərliyindən, partiya katibliyindən və ağır təsərrüfatda baş aqronomluğuma qədər, sonralar böyük kənd təsərrüfatı rayonu sayılan Masallıda, rayon partiya komitəsində təlimatçı...işləyənə kimi onun xeyirxahlığını hiss etmişəm, köməyimə çatıb, Yardımlı Rayon Partiya Komitəsinə birinci katib kimi təyin olunub işləmişəm. Allah Xalıq əmini rəhmət eləsin, əsl ağsaqqal, fədakar insan, cəsur təsərrüfatçı, cəsur, sözünü deyən sovxoz direktoru idi ki, keçmiş SSRİ – də tanıyırdılar bizim təsərrüfatı...

Xalıq əmi haqqında təkcə onun həmkəndliləri yox, Masallının çoxsaylı zialıları da xoş xatirələrinin danışdılar, ona rəhmət dilədilər...

Bu yaxınlarda Bakida, "Adiloğlu" nəşriyyatında BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VƏ ƏMƏK VETERANI, MASALLININ TANINMIŞ KOLXOZ VƏ SOVXOZ QURUCUSU XALIQ QURBANOV HAQQINDA DAHA BİR KİTAB ÇAP OLUNMUŞDUR. Kitab belə adlanır: "Qaranlıqdan aydınlığa". 160 səhifədən və 400 ədəd tirajdan ibarət olan bu təzə kitabın müəllifi şair Zakir Fəxridir. VƏ BU BARƏDƏ RESPUBLİKANIN NÜFUZLU MƏTBUAT ORQANLARINDA RESENZİYALAR ÇAPDAN ÇIXMIŞDIR. Yeni kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur

Haqqında söhbət açacağım Xalıq İsmayıl oğlu Qurbanov 1999-cu ildə bu dünyaya əbədi vida demişdir - doğma kəndində vəfat etmiş və burada torpağa tapşırılmışdir...

Qeyd edək ki, "Qaranlıqdan aydınlığa" kitabının ön söz müəllifi AMEA - nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Fəxrəddin Veysəlli, redaktoru Saday Budaqlı və nəşriyyat direktoru İlahə Hidayətqızıdır.

Xalıq əmini mən də tanıyırdım.O, təkcə biz komsomol, partiya rəhbərlərinə nümunə deyildi; onun həyatı bütöv Masallıya, masallılara nümunə idi.İndi o yolu Xalıq əminin övladları - general-mayor Subahir Xalıq oğlu, Mahir müəllim, Şair həkim... şərəflə, ləyaqətlə, ad - sanla, hərmət - izzətlə doğrultmağa çalışıblar. Qoy "Atalarının torpağı sanı yaşassınlar" – eldə belə deyirlər.

Sizə həyatda cfnsağlığı arzulayırıq.

…Xalıq əminin bir yadigarı da vardı – övladı, oğlu! Gözəl şair – həkim, Azərbaycan Tibb Universitetinin məzunu Tahir QURBAN! Heyif tale onu aramızdan tez çulğalayıb apardı. Tahirin ölümündən on bir il keçir. Jnun gözəl sevgi şeirləri qaldı. O şeirləri mənim kimi hamı sevir:


Qatarlar bir ovuc qara daş kimi,

Kim bilir, bəlkə də dönər yuxuna.

Yuxuna məktublar qonar quş kimi,

bütün təyyarələr enər yuxuna,

Sənin harayında min od , min ocaq

Səsində buludlar hönkürəcəkdir.

Mavi gözlərinə dəniz dolacaq,

dibində yosunlar göyərəkdir.

Məni görəcəksən baxsan hayana

Baxıb görəcəksən, göyərəcəksən.

Gözlərin qapansa,

barmaqlarına

Bir kor əlifbası öyrədəcəksən. ( "Məni gözləyirsən" şeiri ).


Tahir Qurban sağ qalsaydı yəqin ki, deyərdi, Əli, "Atam üçün" şeirini də yazına "qat":

Kiminsə səsində donun gülüşü,

Dünya dağlarının güney yeri ağ ...

Yanan ocaqların odu gümüşü,

Sönmüş ocaqların kösövləri ağ .

Ulduzlar döyünür pəncərələrdə,

Baxışım, baxışım üşüyür bir az .

Aylı gecələrdə, ağ gecələrdə

Dünya ağ yalana oxşayır bir az.

Bu aylı gecədə bir ağ bulud var,

Yağışı sevincə, dərdə yağası.

Dəyməmiş alçatək turş bir ümid var,

Bir də

bir hamilə gəlin yuxusu.

Ovcuma sığınıb, qızınır dəniz,

Z ü lmətl ə işığı n qar ışığı nda .

Dayanıb durmu ş uq g ü n - g ü norta biz -

D ü nya - gün işığı nda ,

Ürəyim - ay işığında .

Sizin Reklam Yeriniz