news Image
2012.08.30
15:31
| A A A
8.4 milyon kilometr uzunluğunda ampula - VİDEO

Tez-tez şahid olduğumuz Günəş fırtınaları, kosmosa çox böyük miqdarda plazma saçan Taçkürə Kütlə Atımı (TKA) partlamalarına səbəb olur. NASA-nın müşahidə etdiyi ən son fırtınada ortaya çıxan TKA başqa bir görünüş ortaya qoyub.

Movqe.az xəbər verir ki, NASA-nın Günəş və Heliosfer Rəsədxana (Soho) kosmos vasitəsi tərəfindən avqustun 20-i müşahidə edilən TKA ampula şəklində görünüb.

Şəkildə xarici layı incə bir şəkildə meydana çıxan ampulun ortasında parlaq bir nöqtə meydana gəlib. Ortaya çıxan nəhəng ampulun uzunluğu isə tam 8.4 milyon kilometrdir.