Ali məktəblərə daxil olan tələbələrin qeydiyyatı başa çatıb
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə daxil olan tələbələrin qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, bakalavrların qeydiyyatına avqustun 23-dən başlanılıb.
Tələbə adı qazanmış
şəxslər avqustun 31-dək sənədlərini daxil olduqları təhsil
müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Verilmiş
müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa
yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun
qəbul haqqında əmri ali təhsil müəssisəsinə
göndərilməyəcək.
Qeyd edək ki, bu il ali məktəblərin cari ildə ayrılmış 33918 plan
yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 faiz dolub. Ali
təhsil müəssisələrinin boş qalan 1924 plan yerinə 451 qəbul
olunub.