news Image
2012.04.13
21:48
| A A A
Avro yenə Azərbaycan üçün təhlükə mənbəyinə çevrilir
Dünyanın nüfuzlu bankları sözügedən valyutanın daha çox dəyərdən düşəcəyini proqnozlaşdırırlar

Dünyanın əsas işlək valyutalarından biri olaraq qalmaqda davam edən, lakin son dövrlər ciddi problemlər yaradan avro barəsində yenidən bədbin proqnozlar verilir. Ən tanınmış valyuta analitiklərinin fikrinə əsasən, yaxın gələcəkdə avronun kursu yenidən aşağı enməyə davam edəcək.

Analitiklər onu da bəyan edirlər ki, xərclərin azaldılması ilə bağlı İtaliya İspaniya kimi ölkələrdə qəbul olunmuş sərt qənaət proqramları, investorların narahatlıqlarını daha da artırır. Onların fikrincə, bu ölkələrin xarici borclara xidmət göstərməsi, elə regionu yeni tənəzzül mərhələsinə doğru aparan başlıca amil olacaq.

Adətən, daha səlis valyuta proqnozları ilə seçilən "Wells Fargo" bankının analitikləri belə hesab edirlər ki, ilin sonuna qədər avro-dollar kotirovkası 5%-dən çox aşağı enərək 1 avroya görə 1,24 dollara düşəcək. Kursların öncədən deyilməsi baxımından ikinci yer tutan "WestpacBank"ın korporasiyasının əməkdaşları isə belə qənaətdədirlər ki, avro 1,26 dollar göstəricisinə qədər aşağı düşəcək.

Avropa Mərkəzi Bankının sədri Mario Draqi bildirir ki, Avropa yeni risklər ilə üz-üzədayanıb. Bu arada Avropa Mərkəzi Bankı tərəfindən özəl banklara verilən maliyyə köməyi Avrozona ölkələrinin borc öhdəlikləri üzrə faiz dərəcəsini azaltsa da nəticə etibarı ilə effekt demək olar ki, yox dərəcəsindədir. Halbuki ABŞ-da iqtisadi artım müşahidə olunur. 2012-ci ilin ilk rübünün yekunlarına əsasən avro dollar ilə nisbətdə 2,95% möhkəmlənib. Bunun səbəbi isə Yunanıstana ikinci maliyyə yardımı paketinin verilməsi haqqında qərar onun özəl investorlar qarşısındakı borcunun yenidən strukturlaşdırılması olub. Lakin bütün bunlara baxmayaraq, Avropada həyata keçirilən xərclərə qənaət edilməsi proqramı iqtisadi artım tempinin sürətlənməsinə imkan vermir. Belə vəziyyət isə avronun məzənnəsinə təsirsiz ötüşmür.

Təbii ki, avro ilə bağlı yaranan durum ölkəmizə təsir edir. Ölkəmizin valyuta ehtiyatlarının bir hissəsi avro, digər hissəsi dollar, yerdə qalan hissəsi isə başqa ölkələrin valyutalarında saxlanır. Avronun məzənnəsinin aşağı düşməsi isə valyuta ehtiyatlarımızın dəyərdən düşməsi anlamına gəlir.

İqtisadçılar avrozonadakı böhranın Azərbaycana sərmayə qoyuluşlarının azalması ölkəmizin vəsaitlərinin qoyulduğu qiymətli kağızların dəyərdən düşməsi ilə təsir göstərə biləcəyini bildirir. Bundan əlavə, avronun məzənnəsinin aşağı düşməsi Avropaya mal ixrac edən Azərbaycan şirkətlərinin ixrac, rəqabət aparmaq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Avronun məzənnəsinin manata nisbətən ucuzlaşması Azərbaycan mallarının avrozonada bahalaşmasına səbəb olur. Eyni zamanda, Avropada böhran dərinləşərsə, bu, neftə olan tələbatın azalmasına gətirib çıxaracaq. Bu da digər təsir kimi qiymətləndirilə bilər. Xüsusilə neftin dünya bazar qiymətinə təsiri baxımından.

Lakin o da faktdır ki, avronun ucuzlaşması Avropadan gətirilən malların qiymətinə təsir göstərir. Belə ki, Avropadan idxal olunan mallar ucuzlaşır. Amma ötən illərin təcrübəsi göstərir ki, ucuzlaşma elə böyük məbləğlərlə ifadə olunmur. Sahibkarların sözlərinə görə, Avropada bəzi mallar 20-40 faiz ucuzlaşdığı halda, həmin malların Azərbaycanda qiyməti, ən yaxşı halda, bunun yarısı qədər düşür. Bəzi malların qiymətində isə ümumiyyətlə endirim baş vermir. Lakin istənilən halda, avronun ucuzlaşması Avropadan gətirilən məhsulların, o cümlədən avtomobillərin, məişət avadanlıqlarının qiymətinə təsir edir. Bu səbəbdən, avronun ucuzlaşması davam edərsə, qarşıdakı dövr ərzində Avropa avtomobillərinin, xüsusən Azərbaycanda kifayət qədər geniş yayılan Almaniya maşınlarının ucuzlaşmasını gözləməyə dəyər. Qeyd edək ki, Azərbaycan idxalının 60 faizə qədərini, ixracının isə yarısını Avropa ölkələrilə aparır. Avro ilə alınaraq Azərbaycana gətirilən mallar əsasən dərman preparatları, ərzaq məhsulları, yuyucu vasitələr, mebel maşınlardır. Bundan başqa, avronun ucuzlaşması, öz növbəsində, onun istifadəçiləri tərəfindən satışını artırır. Məlumatlara görə, Azərbaycanda da əhali tərəfindən nağd avronun satışı artır. Lakin bu vəziyyət Azərbaycanın avro ilə diversifikasiya olunmuş valyuta ehtiyatlarına mənfi təsir göstərir.

Daha birvacib nüans odur ki, Azərbaycanın xarici ticarəti avro ilə yox, daha çox dollarla həyata keçirilir. Ona görə avronun qiymətinin dəyişməsi ilk dövrlərdə Azərbaycana gətirilən mallara ciddi təsir etməyəcək. Xüsusən ərzaq məhsullarına ciddi bir dəyişiklik gözlənilmir. Ancaq avronun məzənnəsinin ən çox hiss olunduğu digər sahə kosmetika parfümeriyadır. Parfümeriya biznesilə məşğul olan şirkətlər bildirir ki, Avropadan gətirilən parfüm kosmetika məhsullarının qiyməti, avronun məzənnəsindən asılı olaraq, artıb-azalır. Bəzən bu dəyişmə 10 %-ə çatır. Ekspertlər onu da vurğulayır ki, avronun uzunmüddətli çökməsi Avrozonada baş verən proseslər ölkəyə daha ciddi təsir edə bilər. Çünki həm Mərkəzi Bankın, həm Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi avroda yerləşir bu valyutanın kursunun dəyişilməsi, istər-istəməz, gəlir itkisinə gətirib çıxara bilər.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs